Ukrayna Rusiya səmasında vuracaq – Kremldən cavab

Qərb eskalasiya yolu ilə gedir, Rusiya təhdidləri neytrallaşdırmaq üçün bütün lazımi tədbirləri görəcək.

Olaylar xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Kiyevin Rusiya səmasında "Patriot" zenit-raket komplekslərindən mümkün istifadəsini şərh edərkən deyib.

"Bilirik ki, Qərb ölkələri eskalasiya yolu ilə gedir. Ona görə də belə bir təhdidləri neytrallaşdırmaq üçün tərəfimizdən lazım olan bütün tədbirlər görüləcəkdir", - o bildirib.

Qeyd edək ki, Ukrayna ordusuna "Patriot"lardan istifadə ilə rus qırıcıları Rusiya səmasında vurmasına razılıq verilib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31