Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar

"Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları üç gün əvvəl Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.

Olaylar xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" məlumat yayıb.

Bundan əvvəl vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyində saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.

"Azatazen" təşkilatı Şurasının üzvü İşxan Gevorqyan və aksiyanın digər iştirakçıları özlərini zəncirləyərək birbaşa polis əməkdaşlarının qarşısında dayanıblar. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31