Slovakiyada nifrət kampaniyası Ficoya hücuma səbəb olub - ÖZƏL
3 İyun 2024 10:51 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, Slovakiyanın baş naziri Robert Fikoya qarşı sui-qəsd onun siyasi rəqibləri tərəfindən ölkədə başlatılan nifrət kampaniyasının nəticəsidir.
Onun sözlərinə görə, Slovakiyada baş verən faciəvi hadisələr belə cərəyan edib.
"Baş nazir Fikonun partiyası seçkilərdə qalib gəldikdən sonra və bu hökumətin əvvəlki liberal hökumətdən fərqli bir kurs izləyəcəyi və Baş nazir Fikonun bizim kimi suveren siyasət yeritməyi və sülhü müdafiə etməyi üstün tutacağı tamamilə aydın oldu, ona qarşı böyük bir nifrət kampaniyası başladılıb", - macar diplomat bildirib.
Szijjarto, Fikoya qarşı kampaniyanın liberal media və liberal siyasətçilər tərəfindən başladığına diqqət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31