İran Türkiyəyə buna görə təşəkkür etdi

Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə İran Türkiyəyə təşəkkür edib.

Olaylar xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

Nazir "Hürriyət" qəzetinin əməkdaşının bununla bağlı sualına "İran bizə təşəkkür etdi" deməklə kifayətlənib.

Qeyd edək ki, helikopterin qəzaya uğradığı yeri "Akınçı" PUA-sının tapdığı haqda məlumatı İran Baş Qərargahı hər vəchlə təkzib etməyə çalışır. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31