Gürcüstanla ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır - Kobaxidze
1 İyun 2024 12:11 DünyaGürcüstan ilə ABŞ arasında mövcud olan münasibətlər müəyyən şəxslər və qüvvələr tərəfindən korlanıb.
Olaylar xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
"Birləşmiş Ştatlar tərəfindən maliyyə dəstəyi alan gürcü Qeyri-Hökumət Təşkilatları 2020-2021-ci illərdə ölkəmizdə iki dəfə inqilab etməyə çalışıb. Bu il isə 3-cü cəhdin şahidi olduq. Ona görə də hesab edirəm ki, Gürcüstanla ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır", - deyə o bildirib.
Baş nazir bu məsələnin ABŞ-ın Gürcüstandakı səfiri ilə müzakirə etdiyini bildirib. O deyib ki, ABŞ-ın Gürcüstandakı sabiq səfirinin dövründə çox şey korlanmışdı, ona görə də gürcü-amerikan münasibətləri yenidən nəzərdən keçirilməlidir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31