Yer kürəsinin maqnit sahəsində pozulma başlayıb?

Yer kürəsində maqnit sahəsində pozulma başlayıb. Buna mayın 29-da Günəşin tac kütləsinin püskürməsi səbəb olub.

Olaylar.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika xidməti məlumat yayıb.

Məlumata görə, maqnit sahəsinin pozulma dərəcəsi hələ G1 (zəif) səviyyəsinə yüksəlməyib.

Alimlərin fikrincə, 31 may - 1 iyun tarixlərində G3 səviyyəsinə (güclü) qədər yüksələ biləcək maqnit qasırğası gözlənilir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31