KTMT qüvvələri müasir silahlar alır

Almatıda KTMT Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Olaylar xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

İştirakçılar kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət və üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə ediblər.

"KTMT-nin qoşun hissələrinin müasir, qabaqcıl silah və hərbi texnika nümunələri ilə təchiz edilməsi, birgə əməliyyat və döyüş hazırlığının planlaşdırılması, KTMT sülhməramlı kontingentlərinin təlim metodlarının təkmilləşdirilməsi, həmçinin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə məqsədyönlü dövlətlərarası KTMT proqramına və bir sıra digər sənədlərə baxılıb, imzalanıb", - məlumatda vurğulanıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31