İrəvanda etirazçılar bir-birini döydü
31 May 2024 15:39 DünyaDünən İrəvanda "Vətən uğrunda Tavuş" revanşist hərəkatının üzvlərinin təşkil etdiyi mitinqdə dava düşüb.
Olaylar xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, İrəvandakı "Müqəddəs Anna" kilsəsinin həyətində etirazçılardan biri digərinə kəsici alətlə zərbə endirib.
Bildirilib ki, şübhəli şəxs saxlanılıb, xəsarət yetirdiyi alət müsadirə olunub.
Faktla bağlı cinayət işi açılıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31