Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərini DƏYİŞDİRİB

Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərini dəyişdirib, 45 meyit Rusiya tərəfinə, 212 meyit isə Ukrayna tərəfinə qaytarılıb.

Olaylar.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya və Ukrayna hərbçilərinin meyitlərinin sonuncu mübadiləsi aprelin 26-da baş tutub. Nəticədə 36 hərbçinin meyiti Rusiyaya, 140-ı isə Ukraynaya verilib. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31