Qırğızıstanın xüsusi xidmət orqanları Avropada terror aktının qarşısını alıb
31 May 2024 14:42 DünyaQırğızıstanın xüsusi xidmət orqanları xarici tərəfdaşları ilə birlikdə Avropa ölkələrindən birində terror aktı cəhdinin qarşısını alıb.
Olaylar xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, terror aktı törətməyə cəhd göstərən şəxslər beynəlxalq terror təşkilatının üzvləridir.
Qeyd olunub ki, iş üzrə şübhəlilərdən biri xarici ölkədə gizlənən Qırğızıstan vətəndaşıdır. Onun Qırğızıstana ekstradisiya olunduğu, hazırda istintaq təcridxanasında saxlanıldığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31