Kişinyov və Kiyev Rusiya qazının Dnestryanıya tranzitinə mane olmamaq barədə razılığa gəliblər - ÖZƏL
31 May 2024 13:24 DünyaOlaylar.az xəbər verir ki, Moldovanın energetika naziri Viktor Parlicov deyib ki, Ukrayna və Moldova 2024-cü ildən sonra tanınmamış Dnestryanı respublikaya Rusiya qazının çatdırılmasına mane olmamaq barədə ilkin razılığa gəliblər.
"Biz bu tranzitə mane olmayacağıq, çünki biz regionda böhran yaratmaq istəmirik. Lakin biz heç bir qaz müqaviləsi üçün hökumət zəmanətçisi kimi çıxış etməyəcəyik" - o, deyib.
Parlicovun sözlərinə görə, Kiyev və Kişinyov qeyri-rəsmi olaraq Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə tranzitin əlverişli variant ola biləcəyi barədə razılığa gəliblər. Lakin kəmərin dizaynına görə tranzit yenə də Ukrayna ərazisindən keçməli olacaqdı. Buna görə də Kiyev hökumətindən icazə tələb olunurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31