Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı - Rekord hərarət
29 May 2024 19:14 DünyaHindistanın paytaxtı Dehlidə havanın temperaturu rekord həddə çatıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb.
Bildirilib ki, son iki gündə temperatur 52,3 dərəcəyə yüksəlib.
Əhaliyə açıq havada qalmaq müddətini minimuma endirmək tövsiyə edilib.
Məlumata görə, indiyə qədər Dehlidə qeydə alınan ən yüksək temperatur 2 il öncə 49,2 dərəcə selsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31