Baydenin çağırışı Szinpinə təsir etdi: qərarını dəyişdi
29 May 2024 15:11 DünyaÇinin lideri Si Szinpin iki il əvvəl Rusiyaya silah verməyə hazır idi, lakin ABŞ Prezidenti Co Baydenin telefon zəngindən sonra o, bundan imtina edib.
Olaylar xəbər verir ki, bu barədə "Vaşinqton Post" Vaşinqton administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Bayden 2022-ci ilin martında Szinpinə zəng edərək, Moskvaya silah tədarük edəcəyi təqdirdə ABŞ-ın cavab addımı atacağı barədə xəbərdarlıq edib.
İddia olunur ki, Çin lideri keçmiş baş nazirin müavini Liu Heyə (2018-2023) Rusiyaya hərbi əməliyyatlarda gizli yardımın göstərilməsinə nəzarət etməyi tapşırıb:
"Eyni zamanda Çin Ukraynaya və onun avropalı tərəfdarlarına sülh yolu ilə nizamlanma təklifləri göndərib". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31