"Mən Moskvanı bombalayardım"
29 May 2024 15:04 DünyaƏgər mənim prezidentliyim dövründə Rusiya Ukraynaya təcavüz etsəydi, Moskvanı bombalayardım.
Olaylar "Vaşinqton Post"a istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti, hazırda prezidentliyə namizəd Donald Tramp seçki kampaniyası şərçivəsində özəl tədbirdə deyib.
Nəşrin anonim mənbəsi deyib ki, Trampın bu sözlərindən seçki kampaniyasının donorları təəccüblənib.
Jurnalistlər əlavə edirlər ki, ümumiyyətlə, seçkiqabağı tədbirlər zamanı Tramp adətən xarici siyasətdən, mitinqlərdə müzakirə etdiyi mövzulardan, yəni inflyasiya və immiqrasiyadan danışır. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31