Rusiya 2024-cü ilin əvvəlindən 180 minə yaxın elektron viza verib - ÖZƏL
29 May 2024 14:31 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin rəhbəri Aleksey Klimov bildirib ki, Rusiya 2024-cü ilin yanvarından mayın ortalarına qədər təxminən 178 min vahid elektron viza verib.
"İlin əvvəlindən mayın ortalarına qədər 178 minə yaxın vahid elektron viza verilib. Elektron vizaların yarıdan çoxu (92 min) Çin vətəndaşlarına verilib. Sonrakı yerdə Almaniya (14 min), Türkiyə (13 min), Hindistan (10,500) və Səudiyyə Ərəbistanı (8,500-dən çox) gəlir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31