Putin Rusiya Dövlət Şurasına yeni katib təyin edib

Rusiya prezidenti Vladimir Putin dövlət başçısının köməkçisi Aleksey Dyumin Rusiya Federasiyası Dövlət Şurasının katibi təyin olunması barədə fərman imzalayıb.

Olaylar xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Dyumin bundan əvvəl Tula vilayətinin qubernatoru, Rusiya müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

Həmçinin, qeyd edək ki, Rusiya Federasiyası Dövlət Şurasının bundan əvvəlki katibi İqor Levitin olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31