Hakan Fidan NATO XİN rəhbərlərinin qeyri-rəsmi iclasında iştirak edəcək

30-31 may tarixlərində Çexiyanın paytaxtı Praqada keçiriləcək NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclasında Türkiyə xarici işlər naziri Hakan Fidan iştirak edəcək.

Olaylar-ın məlumatına görə, iclasda 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Sammitinə hazırlıq və bu kontekstdə NATO-nun gündəmindəki əsas məsələlər müzakirə olunacaq.

Türkiyənin NATO-nun 75-ci ildönümünə təsadüf edən Vaşinqton Zirvə toplantısındakı məqsədləri müttəfiqlər arasında müdafiə ticarətinə qoyulan məhdudiyyətləri və maneələri aradan qaldırmaq və terrorizmlə mübarizəyə dair 2023-cü il Vilnüs Zirvə toplantısında alınan qərarları müzakirə etməkdir.

Bu çərçivədə Türkiyə xarici işlər naziri Hakan Fidanın iclaslarda müdafiə sənayesi sahəsindəki sanksiyaların, məhdudiyyətlərin və maneələrin tamamilə aradan qaldırılmasının vacibliyini vurğulaması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31