BMT-nin baş katibi Qəzzada dağıntıların qəbuledilməz olduğunu deyib - ÖZƏL
29 May 2024 13:30 Dünyaİsrailin hərəkətləri nəticəsində Qəzza zolağında dağıntıların səviyyəsi görünməmiş xarakter daşıyır və qətiyyən qəbuledilməzdir.
Olaylar.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş İsraili BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarına əməl etməyə çağırıb.
O, bildirib ki, İsrailin hərbi əməliyyatı elə aparılır ki, mülki qurbanların və mülki infrastruktur obyektlərinin dağıdılması misilsizdir.
Quterreş əlavə edib ki, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq prioritet olmalıdır və ICJ-nin qərarlarına hörmət edilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31