Polşa Ukraynaya silahları ilə Rusiya obyektlərinə hücum etməyə icazə verir - ÖZƏL

Olaylar.az xəbər verir ki, müdafiə nazirinin müavini Sezari Tomçik Radio Zet-in efirində bildirib ki, Polşa hakimiyyəti Ukraynaya verdiyi silahların istifadəsini məhdudlaşdırmır, onlardan Rusiya ərazisindəki obyektlərə hücum etmək üçün istifadə edilə bilər.

"Ukraynaya verilən Polşa silahlarına belə məhdudiyyətlər yoxdur" - Müdafiə rəsmisi həmçinin digər Qərb ölkələrini Kiyevin Rusiya obyektlərinə hücum edə bilməsi üçün onların təchiz etdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Tomçik əlavə edib ki, Varşava Ukraynaya 45-ci hərbi yardım paketini hazırlayır. Onun qiymətləndirməsinə görə, ötən illər ərzində onun ümumi dəyəri 3,75-5 milyard dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31