Rusiya və Çin Əfqanıstanda nüfuz uğrunda rəqabət aparmır — ÖZƏL
29 May 2024 13:25 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib ki, Əfqanıstanla əməkdaşlıq sahəsində Rusiya və Çinin maraqları toqquşmur.
"Biz orada Çinlə rəqabət aparmırıq", - Kabulov vurğulayıb.
Onun sözlərinə görə, Əfqanıstanın şərqində sovet geoloqları tərəfindən kəşf edilmiş iri mis yatağı olan Aynakda Çinin xüsusi marağı var.
"Çinlilər bu yatağın işlənməsi üçün lisenziya aldılar, biz isə iqtisadi və praqmatik səbəblərdən onun resurslarına iddia qaldırmadıq" - o, deyib.
"Həm dövlət, həm də özəl bizneslərimiz maraq göstərdikdə, Rusiya Xarici İşlər Nazirliyi öz tapşırığını yerinə yetirəcək və bu maraqları təşviq edəcək. Ona görə də, Moskva ilə Pekin arasında toqquşan maraqlardan danışmaq hələ tezdir" - Rusiya diplomatı əlavə edib.