İsrailin Mexikodakı səfirliyinə hücum: Yaralananlar var
29 May 2024 13:12 DünyaMexikoda İsrail səfirliyi qarşısında keçirilən etiraz aksiyası etirazçılarla polis arasında toqquşma ilə nəticələnib.
Olaylar xəbər verir ki, iğtişaşlar zamanı etirazçıların hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və "Molotov kokteyli" atdıqları bildirilib.
"Hadisə nəticəsində bir neçə jurnalist də daxil olmaqla altı nəfər yanıq xəsarətləri alıb. Bununla yanaşı, dörd polis yaralanıb. Hazırda onlara tibbi yardım göstərilir", - deyə nəşr qeyd edib.
Ötən gecə İsrailin Danimarkadakı səfirliyi yaxınlığında 80-ə yaxın adam toplaşıb. Onlar hasardan keçmək istəsələr də, polis onlara mane olub. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31