Fransa Ukrayna müharibəsinin yeni mərhələyə keçməsinə rəvac verir
29 May 2024 11:53 DünyaFransalı hərbi təlimatçılarının Ukraynaya göndərilməsinin müzakirəsi total münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir.
Olaylar xəbər verir ki, Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo bu barədə "X" sosial şəbəkəsində yazıb.
Siyasətçi fransalıların əksəriyyətinin bu yolla eskalasiyanın artmasının əleyhinə olduğunu vurğulayıb. O, həmçinin, Ukraynada müharibəni dayandırmağa və sülh əldə edilməsi yollarını axtarmağa çağırıb.
Qeyd edək ki, mayın 27-də Ukrayna ordusunun baş komandanı Oleksandr Sırski fransalı təlimatçıların ölkədəki təlim mərkəzlərinə səfərlərinə icazə verdiyini deyib və Parisin təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərmək təşəbbüsünü alqışlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31