Pakistanda ağır qəza - 28 ölü, 20 yaralı
29 May 2024 10:07 DünyaPakistanın Bəlucistan əyalətinin Vaşuk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Olaylar bildirir ki, bu barədə "Deyli Pakistan" qəzeti məlumat yayıb.
Qəza nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs isə yaralanıb.
İlkin versiyaya görə, avtobusun təkəri partlayıb və yoldan çıxaraq aşıb.
Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31