İsrail-Misir sərhədində atışma - 2 hərbçi öldü
27 May 2024 18:22 DünyaRəfah keçid məntəqəsi yaxınlığında Misir və İsrail hərbçiləri arasında atışmada 2 Misir hərbçisi ölüb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə ərəb dilli mətbuat məlumat yayıb. İsrail mətbuatı isə bir Misir hərbçisinin ölümü barədə məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi, Qəzza-Misir sərhədində baş verən atışma hadisəsindən sonra rəsmilərin Misirlə əlaqə saxladığın bildirib.
"Bir neçə saat əvvəl Misir sərhədində atışma olub, insident araşdırılır, Misir tərəfi ilə dialoq aparılır", - IDF bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31