Ukraynaya verilən vəd yerinə yetirilmir - NATO
27 May 2024 17:13 DünyaNATO-nun müttəfiqləri Rusiyaya qarşı müharibədə Ukraynanın təcili müdafiə ehtiyaclarını gücləndirmək üçün verdikləri vədləri yerinə yetirmirlər.
Olaylar xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"Problem ondadır ki, son aylarda biz Ukraynaya vəd etdiyimizi yerinə yetirməmişik. ABŞ altı ay ərzində yeni yardım paketi üzərində razılaşdı. Bir milyon döyüş sursatı vəd edən avropalı müttəfiqlər Ukraynaya bu qədər sursat çatdırmayıblar", - Stoltenberq bildirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31