Rusiyada dəhşətli epidemiya qeydə alındı
27 May 2024 14:59 DünyaRusiyada yaddaş itkisinə və hallüsinasiyalara səbəb olan xəstəlik epidemiyası qeydə alınıb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Söhbət Malta qızdırmasından gedir - bu xırdabuynuzlu heyvanların bruselyozudur. Epidemiya Samaranın Kuybışevski rayonundakı yardımçı təsərrüfatın ərazisində aşkarlanıb. Xəstəlik insanlara ət, süd, pendir kimi tam işlənməmiş qidaların qəbulu ilə keçir.
Xəstəliyin xroniki formasında artrit, hepatit, yaddaş və hərəkət koordinasiyasının pozulması, eləcə də digər ciddi fəsadlar baş verə bilər. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31