Aİ Medvedçuka, Marçevskiyə, “Avropanın səsi” portalına qarşı sanksiyalar tətbiq edir - ÖZƏL

Avropa İttifaqı Çexiyanın təklifi ilə siyasətçi və iş adamı Viktor Medvedçuka, prodüser Artyom Marçevskiyə və Çexiya "Avropanın Səsi" portalına qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Çexiyanın əvvəllər tətbiq etdiyi bütün məhdudiyyətlər indi Aİ-nin bütün 27 üzv dövlətində qüvvədədir", - deyə məlumatda bildirilir.
Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edən Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyaya qarşı sanksiyaların genişləndirilməsindən məmnunluğunu bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31