Rusiya İsveçrənin Ukrayna üzrə konfransına dəvət olunsa belə, iştirak etməyəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin bildirib ki, Rusiya iyunun 15-16-da İsveçrənin ev sahibliyi edəcəyi Ukrayna üzrə konfransda dəvət olunsa belə, orada iştirak etməyəcək.

"Rusiya Burgenstokda keçiriləcək "sülh konfransında" iştirak etmək üçün dəvət alsa belə, bunu qəbul etməyəcək" - o, deyib və bunu Rusiyaya qarşı şərt qoymaq cəhdi adlandırıb.
"Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın mayın 23-də dediyi kimi, Rusiya Burgenstokda keçiriləcək "sülh konfransı"nın kommünike layihəsini əldə edib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin "sülh" bəyanatından 10 bənddən doqquzunu təkrarlayır. Heç bir yerdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutmur" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31