İranda sel və ildırımdan 61 nəfər öldü

Son iki ay ərzində təbii fəlakət, xüsusən sel və ildırım vurması nəticəsində İranda 61 nəfər həyatını itirib.

Olaylar xəbər verir ki, bunu Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miyadfər deyib.

Onun sözlərinə görə, həlak olanların 48-i seldə boğulub, 13 nəfər isə ildırım vurması səbəbindən həlak olub.

Həmin müddət ərzində 1595 nəfər qeyd olunan təbii hadisələr nəticəsində yaralanıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31