Ermənistanda itaətsizlik aksiyası - 240 nəfər və deputat Aşot Simonyan saxlanıldı - YENİLƏNİB

İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.

***
11:17

İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.

Olaylar.az xəbər verir ki, bunu İrəvan Polisinin rəisi Zarzand Qabrielyan bildirib.

O deyib ki, təcridxanaya aparılanlar arasında "Daşnaksütyun" partiyasından olan deputat Aşot Simonyan da var.

***

11:04

İrəvanda baş nazir Nikil Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı 196 nəfər və deputat Aşot Simonyan saxlanılıb.

Olaylar xəbər verir ki, bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın "Vətən naminə Tavuş" hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

Etirazçılar İrəvanda bir sıra küçələri, həmçinin, regionlararası əhəmiyyətə malik magistral yolları və küçələri bağlayıblar. Polisin qanuni tələblərini yerinə yetirməyən aksiya iştirakçıları saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları mayın 9-dan bəri davam edir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31