NATO ölkələri Rusiyadan qorunmaq üçün Avropada “dron səddi” yaradacaq

Avropada yerləşən bir sıra NATO ölkələri sərhədləri boyunca "dron divarı" yaradacaq.

Olaylar xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilib ki, "dron səddi" Rusiyanın təcavüzündən və onun iştirakı ilə potensial təxribatlardan qorunmaq üçün yaradılır.

Layihə çərçivəsində Norveç, Polşa və Finlandiya üç Baltikyanı ölkə - Estoniya, Latviya və Litva ilə əməkdaşlıq edəcək. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31