Zelenski Madridə SƏFƏR EDƏCƏK
27 May 2024 10:13 DünyaMayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın paytaxtı Madridə səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Zelenskinin İspaniyanın Baş naziri Pedro Sançeslə görüşəcəyi, bundan sonra liderlərin yerli vaxtla saat 12:00-da Madriddə birgə mətbuat konfransı keçirəcəyi qeyd edilib.
Həmçinin Ukrayna lideri İspaniya kralı VI Felipe ilə də görüşəcək.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar İspaniya və Portuqaliyaya səfərini ertələmişdi. (sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31