Olafdan Ukrayna ilə bağlı VACİB AÇIQLAMA: “Əlimizdən gələni etdik...”
25 May 2024 14:42 Dünya"Almaniya Ukraynaya mümkün olan hər cür yardımı göstərdi".
Olaylar.az bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolz deyib.
O, fikirlərini bu cür ifadə edib:
"Biz həqiqətən Kiyevə dəstəyi mümkün olan həddinə çatdırdıq. Məsuliyyətimiz Ukraynaya müdafiə mübarizəsində kömək etməkdir, eyni zamanda münaqişənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinə yol verməməkdir".
Bildirilib ki, Almaniya, məsələn, hazırda Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli "Taurus" raketlərini verməyə hazır deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31