Helikopterin qəza enişi ilə bağlı Nikoldan açıqlama

Əzizlərim, hər şey yaxşıdır. Əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterimiz Vanadzorda (Böyük Qarakilsə) plandankənar eniş edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında yazıb.

"İndi səyahətimizə maşınla davam edirik. Hər kəsə xoş gün arzulayıram", - deyə o əlavə edib.

Qeyd edək kibundan öncə Taşirə uçan Paşinyanın helikopteri Vanadzor stadionuna təcili eniş etmişdi. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31