Türkiyədə iki uşağı sel apardı: Dəhşətli görüntülər - VİDEO

Türkiyənin paytaxtı Ankarada günorta saatlarında başlayan güclü yağış nəticəsində küçə və yollar su altında qalıb.

Olaylar bildirir ki, şəhərin Yenimahalle rayonunda iki uşağı sel aparıb. Güclü axından çıxa bilməyən uşaqlar əvvəlcə hərəkətdə olan avtomobilin, daha sonra isə park edilmiş avtomobilin altında qalıblar.

Ətrafdakı insanların səyləri nəticəsində uşaqlar avtomobilin altından çıxarılıblar və onlara ilkin tibbi yardım göstərilib.

Əraziyə sağlamlıq qrupları göndərilib və xilas edilən uşaqlar xəstəxanaya yerləşdiriliblər. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31