Xerson vilayətində liman infrastrukturu zədələnib- ÖZƏL
25 May 2024 10:53 DünyaXerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində liman infrastrukturu zədələnib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyəti tərəfindən təyin edilmiş regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin məlumat verib.
O, hansı obyektlərin hücuma məruz qaldığını və onların harada yerləşdiyini açıqlamayıb.
Bundan əvvəl Kiyev rejiminin nəzarətində olan Xerson vilayətinin müxtəlif məntəqələrində partlayışlar barədə məlumat yayılmışdı. Dnepr çayının sağ sahilində sənaye obyektinin, nasos stansiyasının və qaz kəmərinin konstruksiyalarına ziyan dəyib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Silahlı Qüvvələrinin hərbçiləri bir həftə ərzində Ukrayna hədəflərinə 49 hücum həyata keçirib. Zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin hərbi aerodrom infrastrukturu, eləcə də raketlərin, döyüş sursatlarının və yanacaqların saxlandığı yerlər, pilotsuz kater və pilotsuz təyyarələr üçün istehsal sexləri vurulub.