Paşinyanın müavini də Aşqabada getmədi
25 May 2024 10:06 DünyaErmənistan Baş nazirinin müavini Mger Qriqoryan iş qrafiki sıx olduğundan, MDB ölkələrinin Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında iştirak edə bilməyib. Səbəblər texnikidir.
Olaylar xəbər verir ki, bu barədə Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan bildirib.
"Mən nümayəndə heyətini təmsil etmək tapşırığını aldım və buna görə də Minskdən uçdum. Bu, münasibətlərin hər hansı pisləşməsi ilə bağlı deyil", - deyə səfir qeyd edib.
Xatırladaq ki, Ermənistan Baş naziri Paşinyan və müavini Qriqoryanın bu iclasa qatılmaması, İrəvanın səfir səviyyəsində təmsil olunması müzakirələrə yol açıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31