Peskov Rusiyada yeni səfərbərlik dalğasının ola biləcəyi ilə bağlı xəbərləri təkzib edib- ÖZƏL

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiyada yeni səfərbərlik dalğasının ola biləcəyi ilə bağlı xəbərləri təkzib edib. Onun sözlərinə görə, ölkədə hər gün aktiv şəkildə müqavilə əsasında könüllülər cəlb olunur.

Olaylar.az xəbər verir ki, Kreml nümayəndəsi prezident Vladimir Putinin hərbçilərin fikrincə səfərbərliyə ehtiyac olmadığını dəfələrlə bəyan edən bəyanatlarını da xatırladıb.

Xatırladaq ki, Putin səfərbərlik çərçivəsində xidmətə çağırılanların xüsusi əməliyyat zonasında əla çıxış etdiyini və bundan sonra müqavilə əsasında 486 min könüllünün orduya daxil olduğunu bildirib. O qeyd edib ki, hər gün ölkə üzrə hərbi komissarlıqlara min yarıma qədər könüllü gəlir, ona görə də bu gün səfərbərliyə ehtiyac yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31