Krımda NATO-nun pilotsuz təyyarələrini qanuni hədəf kimi qəbul etməyi təklif ediblər- ÖZƏL
25 May 2024 09:24 DünyaKrımda NATO-nun köməyi ilə Qara dənizin neytral suları üzərində kəşfiyyat apardığı pilotsuz nəqliyyat vasitələrini Rusiya hərbçilərinin qanuni hədəfləri hesab etmək və onları məhv etmək təklif edilib.
Olaylar.az xəbər verir ki, bu təkliflə siyasi ekspert Sergey Yuxin çıxış edib.
"Biz Qara dəniz üzərində neytral sularda patrulluq edən NATO-nun kəşfiyyat və zərbə-kəşfiyyat təyyarələrini vura bilərik və vurmalıyıq. Bu, Rusiyanın cənubu üçün təhlükəsizlik məsələsidir. Ona görə də əvvəlcə onları qanuni hədəflər elan etməyə dəyər", - deyə Yuxin bildirib və əlavə edib ki, bu qurğuların əldə etdiyi məlumat Ukrayna Silahlı Qüvvələri tərəfindən Krıma raket hücumları üçün istifadə edilə bilər.
Xatırladaq ki, mayın 23-də cümə axşamı baş vermiş raket hücumu nəticəsində Krımda iki nəfər həlak olub.
Həmçinin bildirilib ki, Rusiya hava hücumundan müdafiə bölmələri mayın 24-nə keçən gecə Krım üzərində üç ATACMS raketini və Belqorod vilayəti üzərində iki pilotsuz uçan aparatı məhv edib.