Yellen: G7-də dondurulmuş Rusiya aktivləri ilə bağlı müzakirələr rəvan davam edir- ÖZƏL

G7 ölkələrinin maliyyə idarələrinin rəhbərləri Rusiyanın dondurulmuş aktivlərinin üst-üstə düşmədən istifadəsinə dair razılaşmanı müzakirə edirlər, lakin onlar yaxın günlərdə sənədin bütün texniki detallarını işlədə bilməyəcəklər. 

Olaylar.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Janet Yellen "Reuters"ə müsahibəsində deyib ki, nazirlər ümumi rəy yaratmaq üçün "çevik olmalıdırlar".

Xatırladaq ki, İtaliyada "Böyük yeddilik" ölkələrinin maliyyə idarələri rəhbərlərinin iclası keçirilir və bu toplantıda Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadə edilməsi planının əsasları hazırlanır.

Bundan əvvəl Avropa İttifaqı ABŞ-ın Rusiya aktivlərindən öz ehtiyacları üçün istifadə edəcəyindən və bu cür tədbirlərin Moskva ilə dialoq imkanlarını aradan qaldıracağından narahatlığını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31