Stoltenberq vahid Aİ ordusunun yaradılmasına qarşı çıxıb- ÖZƏL
25 May 2024 09:20 DünyaNATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqı ölkələrinin vahid ordusunun yaradılması ideyasını dəstəkləmir.
Olaylar.az xəbər verir ki, o, bu barədə "Economist"ə müsahibəsində bildirib.
Stoltenberq bunu birləşmiş Avropa ordusunun NATO-nun funksiyalarını təkrarlayacağı ilə əsaslandırıb.
"AB NATO-nu əvəz edə bilməz" deyən o, eyni zamanda alyansın Aİ-nin artan müdafiə xərclərini alqışladığını və NATO-nun əsas "komanda strukturu" olaraq qalması lazım olduğunu qeyd etdi.
Bundan əvvəl İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Avropa İttifaqını öz silahlı qüvvələrini formalaşdırmağa çağırıb. Onun sözlərinə görə, onlar sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31