Avropa İttifaqı Şurası yenilənmiş Şengen Sərhəd Məcəlləsini təsdiqləyib- ÖZƏL
24 May 2024 22:23 DünyaMayın 24-də Avropa İttifaqı Şurası yenilənmiş Şengen Sərhəd Məcəlləsini təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ Şurasının kommünikesində deyilir.
Yenilənmiş Şengen Məcəlləsi epidemiyalar zamanı üçüncü ölkə vətəndaşlarının girişini məhdudlaşdırmağa imkan verəcək, Şengen zonası daxilində sərhədlərin müvəqqəti bağlanması məsələsini tənzimləyə biləcək və dövlətlərə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün başqa imkanlar verəcək. Qeyd edək ki, tənzimləmə Aİ səviyyəsində üçüncü ölkə vətəndaşlarının girişini dayandırmağa imkan verir.
Avropa İttifaqı xatırladıb ki, COVID-19 pandemiyası zamanı Brüssel öz xarici sərhədlərini bağlaya bilmədi, ancaq bəzi dövlətlərlə əlaqəni açmaq və ya dayandırmaq barədə tövsiyələri qəbul edib. İndi Aİ nəinki mərkəzləşdirilmiş şəkildə sərhədləri bağlaya, həm də ziyarətçilərin məcburi sınaqdan keçirilməsi, karantin və ya özünütəcrid qaydaları tətbiq edə biləcək.