Ukrayna alyansa qoşulmaq üçün dəvət ediləcək?- ÖZƏL

"Şimali Atlantika Alyansı iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanı öz sıralarına dəvət etmək niyyətində deyil, Kiyevə əhəmiyyətli yardım göstərəcək".

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn məlumat verib.

Dövlət katibinin köməkçisi deyib: "Biz Ukraynaya qoşulmaq üçün dəvətin olacağını gözləmirik".

O əlavə edib ki, konfransda Kiyevə əhəmiyyətli dəstək nümayiş etdiriləcək. Ceyms Obrayn bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Avropaya gözlənilən səfərinə həsr olunmuş xüsusi onlayn mətbuat brifinqində danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31