Blinken Gürcüstana qarşı tətbiq edəcəkləri məhdudiyyətləri açıqladı
24 May 2024 18:27 Dünya"ABŞ hakimiyyəti xarici agentlər haqqında qanuna görə, Gürcüstana qarşı viza məhdudiyyətləri tətbiq etməyə başlayacaq".
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət katibi Antoni Blinken deyib.
Blinken məhdudiyyətlərin vətəndaş cəmiyyətinə qarşı zorakılıq və ya hədə-qorxu ilə repressiyaya cavabdeh olanları əhatə edəcəyini bildirib.
Gürcüstan parlamenti mayın 14-də xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 84 deputat qanunun lehinə, 30 deputat isə əleyhinə çıxış edib.
Xatırladaq ki, mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31