Yeni Kaledoniyada polis etirazçılardan birini güllələdi

Yeni Kaledoniyada 48 yaşlı kişi polis tərəfindən güllələnib.

Olaylar xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Telekanal bunu adanın paytaxtı Numea prokurorluğuna istinadən açıqlayıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb. Atəş açan polis əməkdaşı nəzarətə alınıb.

Bununla da 13 gündür etirazların davam etdiyi Yeni Kaledoniyada ölənlərin sayı 7 nəfərə çatıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31