Getdikcə daha çox ölkə kənardan gələn əmrlərə boyun əyməkdən imtina edir - ÖZƏL

"Kənardan gələn əmrlərə" boyun əymək istəməyən ölkələrin sayı artır və Rusiya onlarla, o cümlədən terrorla mübarizə sahəsində sıx əməkdaşlıq edir.

Olaylar.az xəbər verir ki, bunu Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
O, sədrliyi ilə Bişkekdə açılmış MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərlərinin iclasında mövcud təhdidlər və tendensiyalarla bağlı fikirlərini izah edib.
"Xüsusi xidmətlərimiz qeyri-sabit beynəlxalq vəziyyətdə işləməlidir. Kənardan gələn əmrlərlə öz xalqının maraqlarına zərər vurmaq istəməyən dövlətlərin siyahısı getdikcə artır. Rusiya bu ölkələrlə sıx əməkdaşlıq edir", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31