Əfqanıstanda silahlıların cəmləşməsi MDB sərhədlərini təhdid edir - ÖZƏL

Əfqanıstanın şimalında terrorçu qrupların sayının artması Müstəqil Dövlətlər Birliyinin (MDB) cənub sərhədlərinin təhlükəsizliyinə təhdid yaradır.

Olaylar.az xəbər verir ki, bunu Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Bişkekdə MDB-nin təhlükəsizlik üzrə iclasında bildirib.
"Əfqanıstanın şimal əyalətlərində terrorçuların cəmləşməsi MDB üzvü olan ölkələrin cənub sərhədlərinin bütövlüyünə təhlükə yaratmaq üçün artmaqdadır", - o, Birlik ölkələrinin Milli Təhlükəsizlik Mühafizə Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclasında deyib. 
Taşiyevin sözlərinə görə, beynəlxalq terror təşkilatları və onların arxasında duran "sponsorlar" bütün dünyada mövcud olan sosial və siyasi gərginlikdən "öz strateji vəzifələrini həll etmək üçün" istifadə etməyə çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31