"TikTok" hökumət KİV-ini bloklayacaq
24 May 2024 11:30 Dünya"TikTok" hökumət nəşrlərinin, telekanalların və digər kütləvi informasiya vasitələrinin hesablarını istifadəçilərə tövsiyə etməyi dayandıracaq.
Olaylar xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdə dərc olunmuş press-relizində deyilir.
Şirkətdən bildirib ki, tədbir sözügedən KİV hesablarının konkret mövzularda daha geniş insan kütləsinə çatmağa çalışmasının qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda, sosial şəbəkə müstəqil xarici ekspertlərlə birlikdə dövlət media hesablarının qiymətləndirilməsini aparacaq. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31