Davudoğludan Ermənistan açıqlaması: Tez bir zamanda...
24 May 2024 10:14 DünyaTürkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır.
Olaylar xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib.
O bildirib ki, Ermənistanla münasibətlərin normallaşmasına dair protokolları XİN rəhbəri olduğu dönəmdə, 2009-cu ilin oktyabrında imzalayıb.
Keçmiş baş nazir vurğulayıb ki, iki ölkə arasında sərhəd açılmalı, səfirliklər fəaliyyətə başlamalıdır.
2009-cu ildə Sürixdə Ermənistanla münasibətlərin normallaşdırılmasına dair protokolları imzalayan Davudoğlu qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin alovu Qafqaza sıçramamalıdır. (globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31