İran xarici işlər naziri dəfn edilib
23 May 2024 14:59 DünyaBu gün Tehranda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian dəfn olunub.
Bu barədə Olaylar İran KİV-ə istinadən məlumat verib.
İran xarici işlər naziri Tehranın Əbdüləzim Həsəni ziyarətgahında dəfn edilib.
Dəfn mərasiminə İran prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni və digər rəsmilər qatılıblar.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31